Xəbərlər

Milli Kitabxanada “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada Çağdaş Azərbaycan poeziyasının görkəmli və qüdrətli nümayəndəsi, Xalq şairi Vahid Əzizin anadan olmasının 80 illik yubileyi  münasibətilə “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.

Məlumata əsasən, sərgidə şairin qələmə aldığı poetik nümunələr – şeirləri, poemaları, tərcümələri, publisistikası, tərtibçi və  ön söz yazdığı ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları nümayiş olunur.