Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu Azərbaycan Milli QHT Forumunun yeni vəsiqəsini əldə edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, MİMTA ilə bərabər digər bir neçə təşkilat da yeni vəsiqələrlə təmin edilib.
“Bu həftə daha bir neçə təşkilat Azərbaycan Milli QHT Forumunun yeni vəsiqələrini əldə etdi. Xeyirli olsun!
- “Milli İrsi Mədəni Tarixi Araşdırmalar” Fondu
- “Hemofiliyalı Xəstələr” İctimai Birliyi
- “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi
- “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyi
- “Azəri Tat Mədəniyyət” Mərkəzi İctimai Birliyi
- “Vərəmsiz Gələcəyə” Doğru İctimai Birliyi”, – paylaşımda qeyd edilib.