Qurban bayramı münasibətilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən şəhid ailələrinə ziyarət əsnasında bayram sovqatı təqdim edilib.
“Füyuzat”ın məlumatına görə, hər zaman qazi və şəhid ailələrini diqqət mərkəzində saxlayan fond onları ziyarət edərək bayram sovqatı ilə təmin edib.
Qeyd edək ki, MİMTA Fondu bir neçə ildir ki, ənənə halını almış bu yardımlaşma kampaniyasını bu il də davam etdirib.