Xəbərlər

MİMTA Fondunun əməkdaşları Naxçıvanda Heydər Əliyev muzeyini ziyarət ediblər

Bu gün Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun əməkdaşları Naxçıvanda Heydər Əliyev muzeyini ziyarət ediblər.

Qeyd edək ki, bu ziyarətdə Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova fondun əməkdaşlarına bələdçilik edərək muzeyin eksponatları ilə ətraflı tanış edib.

Muzeyin direktoru Ramil Orucəliyev muzeyin tarixi, fəaliyyəti ilə bağlı MİMTA Fondunun əməkdaşlarına ətraflı məlumat verib.