XI Bakı Beynəlxalq Kitab Sərgisində MİMTA Yayımları öz stendi ilə iştirak edir. Nəşriyyatın stendində müxtəlif janrlarda kitablar, eləcə də “Füyuzat” və “İşıq” dərgiləri təqdim olunur.
“Füyuzat”ın məlumatına görə, ziyarətçilərə yeni nəşrlər barədə məlumat verilir.
Onu da qeyd edək ki, növbəti günlərdə müəlliflərlə görüş və imza günləri də keçiriləcək.
Sərgi oktyabrın 7-dək davam edəcək.



