Xəbərlər

“Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisi davam edir

Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, milli təsviri sənətdə realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunan  “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisi davam edir.

“Füyuzat”ın məlumatına görə, ekspozisiyada M.Q.İrəvaninin Azərbaycan və Gürcüstan muzeylərində qorunan əsərləri ilk dəfə olaraq bir araya gətirilib. Sərgidə İrəvan Sərdar sarayının interyerini bəzəmiş, dəzgah rəngkarlığımızın əsasını qoymuş, tarixi və bədii obrazları əks etdirən altı iriölçülü portret də önəmli yer tutur.

Sərgi yanvarın 31-nə kimi davam edəcək.