Xəbərlər

Mirziyoyev Tacikistana dövlət səfəri edəcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev tacikistanlı həmkarı Emoməli Rəhmonun dəvəti ilə aprelin 19-da Tacikistana dövlət səfəri edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.

“Proqramına uyğun olaraq, ən yüksək səviyyədə danışıqların aparılması, o cümlədən bir sıra ikitərəfli görüşlərin və birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur”, – məlumatda deyilir.

Səfər proqramına uyğun olaraq, Özbəkistan-Tacikistan dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələlərinin müzakirə olunacağı bildirilir.

Gözlənilir ki, danışıqlar zamanı tərəflər ticarət, sənaye, kənd təsərrüfatı, enerji, nəqliyyat və digər sahələrdə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirəcək, həmçinin regionlararası əlaqələrin genişləndirilməsi, mədəni-humanitar və turist mübadiləsi məsələlərini nəzərdən keçirəcəklər.

Özbəkistan və Tacikistan liderləri həmçinin cari beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.