Xəbərlər

Mirzoyan: Türkiyə Ermənistanla Azərbaycan arasında münasibətlərdə müsbət rol oynaya bilər

“Türkiyə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynaya bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Antalyada türk jurnalistlərə müsahibəsində bildirib.

“Türkiyənin ictimai mövqeyi ondan ibarətdir ki, Ankara ilə İrəvan arasında münasibətlərin nizamlanması prosesi ümumilikdə yaxşı gedir. Eyni zamanda Türkiyə hesab edir ki, Ermənistanla Azərbaycan arasında münasibətlər nizamlanmayana qədər prosesi başa çatdırmaq olmaz. Bizim təsəvvürümüz belədir ki, əgər biz qarşı tərəfdən başlasaq, yəni Ermənistan-Türkiyə münasibətlərini tam tənzimləsək, o zaman bu, mütləq Ermənistan-Azərbaycan nizamlanmasına müsbət təsir göstərəcək”, – Mirzoyan əlavə edib.