Xəbərlər

Mirzoyan və Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonda keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, görüşdə Cənubi Qafqazda mövcud təhlükəsizlik vəziyyətinə, sülhün bərqərar olması perspektivlərinə, eləcə də mövcud çağırışlara və onların səmərəli şəkildə aradan qaldırılmasına yönəlmiş səylərə xüsusi diqqət yetirilib.

“Qonşularla münasibətlərin tənzimlənməsi, ərazi bütövlüyünə tam hörmət və suverenlik, eləcə də iqtisadi inkişafın əhəmiyyətinin dərk edilməsi Ermənistan hökumətinin vizyonunun əsasını təşkil edir və bundan sonra da atılacaq addımlar üçün əsas istiqamətlər olaraq qalacaq”, – Mirzoyan vurğulayıb.