Xəbərlər

Mişel: Ukraynaya xərclənən hər bir avro Aİ-nin təhlükəsizliyinə yönələcək

“Ukraynaya xərclənən hər bir avro Avropa İttifaqının (Aİ) təhlükəsizliyinə fayda verəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa Şurasının rəhbəri Şarlz Mişel Avropa Parlamentinin sessiyasında çıxışı zamanı deyib.

“Şübhə və qorxu toxumu səpənlərə cavabım: Ukraynanı dəstəkləmək üçün yatırılan hər bir avro bizim təhlükəsizliyimizə, Avropa İttifaqının firavanlığına və sabitliyinə qoyulan sərmayədir. Ukraynanın daha çox silaha, daha çox mərmiyə və daha çox köməyə ehtiyacı var”, – Mişel qeyd edib.

Avropa Şurasının rəhbəri həmçinin Avropa Sülh Fondunun əməliyyat prosedurunu nəzərdən keçirməyə və aktivlərinin həcmini genişləndirməyə çağırıb: “Aİ ölkələrin Kiyevə təhvil verilməsi üçün ümumi silah sifarişlərini dəstəkləməlidir”.