“Misir İsrailin İrana zərbələrini pisləyir və bunu regional və beynəlxalq təhlükəsizliyi təhdid edən son dərəcə təhlükəli eskalasiya aktı kimi qiymətləndirir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Misir İsrail ordusunun İrana endirdiyi zərbələri pisləyir və onları regionda və bütün dünyada təhlükəsizliyə təhdid yaradan son dərəcə təhlükəli eskalasiya aktı hesab edir. Qahirə Yaxın Şərqdəki cari hadisələri hədsiz narahatlıqla izləyir və İsrailin hərəkətlərinin əsassız olduğuna və yalnız münaqişənin genişlənməsinə səbəb olacağına inanır”, – məlumatda bildirilib.