Xəbərlər

Misir Lavrovu Qahirəyə səfərə dəvət edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati rusiyalı həmkarı Sergey Lavrovu Qahirəyə səfərə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bunu Bədr Abdel Ati Moskvada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri ilə birgə mətbuat konfransında deyib.

“Biz rusiyalı həmkarlarımıza dəvətimizi qəbul etdikləri üçün təşəkkür edirik və Sergey Lavrovun yaxın vaxtlarda Qahirəyə səfər etməsini gözləyirik”, – nazir vurğulayıb.