Xəbərlər

Misir Livana yardım göstərməyə hazırdır

“Misir hakimiyyəti Livanın tam təhlükəsizliyinin və suverenliyinin təmin edilməsinin tərəfdarıdır və hazırkı çətin şəraitdə Livan xalqına hər cür dəstək verməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ata və Livanın Baş naziri Nəcib Mikati arasında telefon danışığından sonra dərc olunmuş bəyanatda qeyd olunub.

“Livanın cənub bölgələrində baş verən təhlükəli hadisələr, ümumi sabitliyi təhdid edən birtərəfli məsuliyyətsiz hərəkətlər regionun təhlükəli dönüş nöqtəsində olduğuna işarədir”, – Bədr Əbdül Ata qeyd edib.