Misir Prezidenti Əbdülfəttah əs-Sisi BRİCS sammitində iştirak etmək üçün Kazana gedib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Misir liderinin ofisi məlumat yayıb.
“Misir lideri Əbdülfəttah əs-Sisi Kazan şəhərində keçirilən BRİCS sammitində iştirak etmək üçün bu gün Rusiyaya gedib. Burada onun rusiyalı həmkarı Vladimir Putinlə də görüşü planlaşdırılıb. Həm Rusiya, həm də BRİCS ölkələrinin liderlərinin iştirak edəcəyi sammitdə ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq arenada baş verən son hadisələr müzakirə olunacaq”, – məlumatda bildirilib.