Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, Əbdülfəttah əs-Sisini hava limanında Ərdoğan qarşılayıb.
Liderlərin görüşündə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və qlobal problemlər, xüsusilə də İsrail-Qəzza münaqişəsi və sülh səyləri müzakirə olunacaq.
Qeyd edək ki, görüş çərçivəsində bəzi sənədlərin imzalanması da gözlənilir.