Xəbərlər

Misir Qırmızı dənizdəki vəziyyətə görə hər ay 800 milyon dollar itirir

“Misir Qırmızı dənizdəki hadisələrin doğurduğu Süveyş kanalı problemi ilə bağlı vəziyyətə görə hər ay 800 milyon dollar itirir”.

“Füyuzat”ın məlumatına görə, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib.

“Ölkə bu regiondakı vəziyyətlə əlaqədar Süveyş kanalından əldə edilən gəlirlərin azalması səbəbindən aylıq 800 milyon dollar itki ilə üzləşir. Misir son 15 il ərzində üzləşdiyi bütün problemlərə baxmayaraq, inamla inkişaf etməkdə davam edir. Çünki bir neçə gün əvvəl Beynəlxalq Valyuta Fondu Misirə yeni iqtisadi yardım tranşını təsdiq edib. Misir iqtisadiyyatı müsbət göstəricilər göstərir”, – prezident qeyd edib.