Misirin xarici işlər naziri Bədr Əbdül Ati Livanın suverenliyinə qarşı hücumların qarşısının alınmasını və onun dövlət qurumlarının, ilk növbədə Livan ordusunun öz funksiyalarını tam şəkildə yerinə yetirmək qabiliyyətini dəstəkləməyi zəruri hesab edib.
“Füyuzat”ın məlumatına görə, bunu Misir Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.
“Bölgədəki eskalasiyanın hazırkı tempi vəziyyətin cilovlanması üçün beynəlxalq səylər və erkən müdaxilə tələb edir”, – Bədr Əbdül Ati bildirib.