Xəbərlər

Misirin xarici işlər naziri Türkiyəyə səfər edəcək

Misirin xarici işlər naziri Samih Şükrinin həftə sonu Türkiyəyə gələcəyi gözlənilir. Onun Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü olacaq. Görüşdə Qəzzada son vəziyyət və bölgədəki hadisələr müzakirə olunacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Qəzzada daimi atəşkəsin təmin edilməsi üçün atılacaq addımları qiymətləndirəcəklər.

Qəzzada son vəziyyətlə yanaşı, regional hadisələr də müzakirə olunacaq.