MİT İraqın şimalında keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən olan Lokman İsmayılı zərərsizləşdirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, MİT apardığı araşdırmalar nəticəsində Lokman İsmayılın terror təşkilatının Özünümüdafiə Birlikləri strukturunda birinci dərəcəli məsul şəxs olduğunu müəyyən edib.
Bundan sonra, Suriya əsilli PKK/KCK üzvü İsmayıla qarşı əməliyyat qərarı verilib. MİT-in sahə agentlərinin kəşfiyyatı sayəsində PKK/KCK üzvü Lokman İsmayılın İraqın şimalında olduğu müəyyən edilib.
30 ildir PKK/KCK-da fəaliyyət göstərən terrorçu dəqiq atəşlə zərərsizləşdirilib.