Xəbərlər

MİT PKK/YPG-nin liderlərindən birini zərərsizləşdirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı – MİT) terror təşkilatı PKK/YPG-nin Suriyanın Tel-Rıfat bölgəsindəki hücumlarında istifadə etdiyi pilotsuz uçuş aparatlarından məsul olan terrorçu Bager Öndeşi adıçəkilən ölkədə keçirdiyi əməliyyatla zərərsizləşdirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Anadolu Agentliyi” təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, “Akif Amed” kod adlı Öndeş 2013-cü ildə terror təşkilatına qoşulub.

PKK-nın İraq və Suriyada Türkiyənin müxtəlif təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirdiyi terror hücumlarında iştirak edən terrorçu Tel-Rıfat bölgəsində pilotsuz uçuş aparatlarına məsul şəxs və bu texnikaların idarəçisi kimi fəaliyyət göstərib.

O, Diyarbəkir Respublika Baş Prokurorluğu tərəfindən “terror təşkilatına üzv olmaq” maddəsi ilə axtarışa verilib. Bundan sonra, MİT-in Suriyada təşkil etdiyi əməliyyatla terrorçu zərərsizləşdirilib.