Hindistanın Baş naziri Narendra Modi ilə Fələstin Prezidenti Mahmud Abbas arasında görüş olub. Görüşdə Qəzzada baş verən humanitar böhrandan narahatlıq ifadə edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Baş nazir Qəzzada baş verən humanitar böhran və regionda pisləşən təhlükəsizlik vəziyyəti ilə bağlı dərin narahatlığını ifadə edərək, Hindistanın Fələstin xalqına, o cümlədən humanitar yardımın davam etdirilməsinə davamlı dəstək olacağını bir daha təsdiqləyib”, – məlumatda vurğulanıb.