“Hindistan qlobal gündəmdəki məsələlərin dialoq və müzakirəsi üçün mühüm platformaya çevrilmiş BRİCS çərçivəsində sıx əməkdaşlığı yüksək qiymətləndirir”.
“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın Baş naziri Narendra Modi deyib.
“Hindistan qlobal inkişaf gündəliyi, islahat edilmiş çoxtərəflilik, iqlim dəyişikliyi, iqtisadi əməkdaşlıq, davamlı təchizat zəncirlərinin qurulması, mədəni və insanların bir-birlərinə yardım etməsi ilə bağlı məsələlər üzrə mühüm dialoq və müzakirə platformasına çevrilmiş BRİCS çərçivəsində sıx əməkdaşlığı yüksək qiymətləndirir”, – Modi bildirib.