Xəbərlər

Modi: Kazanda Hindistan konsulluğunun açılması tarixi əlaqələri gücləndirəcək

“Kazanda Hindistan konsulluğunun açılması respublikanın bu şəhərlə tarixi əlaqələrini gücləndirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

“BRİCS sammiti üçün Kazan kimi gözəl şəhərə səfər etmək fürsətinin olması mənim üçün böyük sevincdir”, – Modi deyib.

“Hindistanın bu şəhərlə dərin tarixi əlaqələri var. Kazanda yeni Hindistan konsulluğunun açılması bu əlaqələri daha da gücləndirəcək”, – o əlavə edib.