Xəbərlər

Modi Kiyevdə Zelenski ilə görüşüb

Hindistanın Baş naziri Narendra Modi Kiyevə bir günlük səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Kommersant” məlumat verib.

Məlumata görə, tərəflərin Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsini də müzakirə edəcəyi gözlənilir.

Modinin Ukraynaya səfəri Hindistandan Baş nazir səviyyəsində bu ölkəyə ilk səfərdir.

Hindistan XİN bildirib ki, Modi və Zelenski siyasi, ticarət, iqtisadi, investisiya, təhsil, mədəni və humanitar məsələləri müzakirə edəcəklər.