Xəbərlər

Modi Putinlə ikitərəfli tərəfdaşlığı müzakirə edib

“Hindistanın Baş naziri Narendra Modi ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub, liderlər Rusiya-Hindistan xüsusi imtiyazlı strateji tərəfdaşlığının inkişafını və Ukraynadakı münaqişəni müzakirə ediblər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Bu gün mən Putinlə danışdım, biz xüsusi imtiyazlı strateji tərəfdaşlığı daha da gücləndirmək üçün tədbirləri müzakirə etdik. Danışıqlar zamanı Rusiya-Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi də apardıq, Ukraynaya son səfərimdən əldə etdiyim nəticələri təqdim etdim, Hindistanın münaqişəni tezliklə, davamlı və sülh yolu ilə həllini dəstəklədiyini təsdiqlədik”, – Modi deyib.