Xəbərlər

Modi: Trampla Hindistan-ABŞ tərəfdaşlığını müzakirə edəcəyik

Hindistanın Baş naziri Narendra Modi Vaşinqtona səfər edib. O, ABŞ prezidenti Donald Trampla görüşərək iki ölkənin tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Modi “X” sosial şəbəkəsində paylaşım edib.

“Mən ABŞ prezidenti Donald Trampla görüşməyi və Hindistan-ABŞ Hərtərəfli Qlobal Strateji Tərəfdaşlığını inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”, – Modi bildirib.