Xəbərlər

Modi: Ukraynadakı böhranının sülh yolu ilə həllinə kömək etməyə hazırıq

Hindistanın Baş naziri Narendra Modi Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün hər cür köməklik göstərməyə hazır olduğunu vurğulayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Hindistan münaqişənin davamlı və sülh yolu ilə həllini asanlaşdırmaq üçün hər cür köməklik göstərməyə hazırdır. Baş nazir Hindistanın bu münaqişənin diplomatiya və dialoq, eləcə də bütün tərəflər arasında qarşılıqlı əlaqə yolu ilə sülh yolunun həlli lehinə aydın, ardıcıl və konstruktiv yanaşmasını bir daha təkrarlayıb”, – departamentdən bildirilib.