Xəbərlər

Modi və Makron bəzi sahələrdə inkişafı müzkirə ediblər

Hindistanın Baş naziri Narendra Modi Braziliyada keçirilən G20 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə ikitərəfli görüş keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Onlar ikitərəfli əməkdaşlıqda, o cümlədən müdafiə, kosmos və mülki nüvə enerjisi kimi strateji sahələrdə əldə edilmiş tərəqqini təqdir etdilər və strateji muxtariyyətə birgə sadiqliklərini gücləndirmək üçün onun gələcək inkişafını sürətləndirməyə söz verdilər”, – məlumatda bildirilib.

Bundan əlavə, Modi və Makron Hind-Sakit okean regionu da daxil olmaqla regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.