Xəbərlər

Moldova F-16-ların Ukraynaya dəstək üçün yerləşdirilməsini təkzib edib

“Moldova öz ərazisində Ukrayna üçün F-16 qırıcılarını yerləşdirməyə hazırlaşmır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Moldova Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Moldovanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili bu gün günortadan sonra ölkəsinin Ukrayna üçün F-16 təyyarələrini yerləşdirmək niyyəti haqqında mətbuatda yayılan xəbərlərə görə Rusiya XİN-ə çağırılıb.

“Moldova silah və hərbi texnika, o cümlədən Ukrayna üçün nəzərdə tutulan təyyarələri qəbul etmir və qəbul etməyəcək. Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan təyyarələrin yerləşdirilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil və bu barədə sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır”, – məlumatda qeyd edilib.