Moldova Müdafiə Nazirliyi iyulun 1-dən iyulun 5-dək ehtiyatda olan hərbçilər üçün planlı təlimlər keçirəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
“Beş gün ərzində iştirakçılar müxtəlif poliqonlarda nəzəri və praktiki məşğələlər keçirəcəklər: canlı atəş, ilkin tibbi yardım, radiotəlim və s. təlimlərdə məşq ediləcək”, – məlumatda bildirib.
Qeyd edək ki, təlimlərə cəlb olunan hərbi qulluqçuların sayı barədə məlumat verilməyib.