Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin işçisini diplomatik statusu pozmaqda ittiham edib və onun ölkə ərazisini tərk etməsi tələb edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın Maldovadakı səfirliyi məlumat yayıb.
Qovulma qərarı görülən tədbirlər nəticəsində qəbul edilib. İddiaya görə, Rusiya diplomatının Moldova ərazisində diplomatik statusa uyğun olmayan fəaliyyətlər həyata keçirdiyinə dair məlumat və sübutlar toplanıb.
“Buna görə də Rusiya səfirliyinin işçisi Moldova Respublikasını tərk etməlidir”, – deyə bəyanatda bildirilir.