Xəbərlər

Moldova xarici işlər naziri NATO sammitində çıxış edəcək

Moldovanın xarici işlər naziri Mixay Popsoi Vaşinqtonda keçiriləcək NATO sammitində çıxış edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Cənab nazir bir sıra ikitərəfli görüşlər keçirəcək və NATO Tərəfdaşlıq Forumunda çıxış edəcək”, – deyə məlumatda qeyd olunur.