Moldovada ABŞ və Rumıniya hərbçilərinin iştirakı ilə “Atəş Qalxanı – 2024” hərbi təlimləri başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
“Təlimdə məqsəd milli ordunun hərbi-texniki hissələrinin və artilleriya sistemlərinin təlimə cəlb olunması, onların əməliyyat imkanlarının inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasıdır”, – məlumatda bildirilib.