Xəbərlər

Monqolustan İpək Yolu yürüşü üçün sərhəd keçidini bağlayacaq

Monqolustanın sərhəd xidməti departamenti bildirib ki, Monqolustanın Rusiya ilə həmsərhəd olan Bayan-Olgiy əyalətindəki buraxılış məntəqəsi fiziki şəxslər və turistlər üçün 6 gün müddətinə bağlanacaq. Bu müddət ərzində Tomskdan başlayan “İpək Yolu” beynəlxalq yürüşü iştirakçılarının avtomobilləri yoxlanılacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS yazır.

“Gələn həftə Bayan-Olqiy vilayətindəki Tsaqaannuur sərhəd-keçid məntəqəsi altı gün bağlı olacaq. İyulun 5-də Rusiyada başlayacaq “İpək Yolu 2024″ beynəlxalq yürüşünün iştirakçıları və təşkilatçılarının avtomobilləri iyulun 9-dan oradan keçəcək”, – məlumatda qeyd edilib.

Əlavə edilib ki, keçid məntəqəsi iyulun 15-dən normal qrafikə qayıdacaq və mitinq iştirakçılarının Rusiyaya qayıdacağı tarixdə, yəni iyulun 19-da sərnişinlərin hərəkəti üçün yenidən bağlanacaq. Yürüş iyulun 15-də Ulan-Batorda başa çatacaq.

Monqolustanın Ətraf Mühitin Mühafizəsi və Turizm Nazirliyindən verilən məlumata görə, yürüşdə iyirmidən çox ölkədən yüz komanda iştirak edəcək.