Xəbərlər

Monqolustan lideri BRİCS sammitində iştirak edəcək

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux rusiyalı həmkarı Vladimir Putinin oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində iştirak etmək dəvətini qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bunu Uxnaaqiyn Xurelsux Ulan-Batorda keçirilən ikitərəfli görüşdə deyib.

“Mən sizin dəvətinizi qəbul edirəm”, – Monqolustan lideri bildirib.