“Monqolustan özünün çoxvektorlu xarici siyasətinin bir hissəsi kimi Rusiya ilə qarşılıqlı əlaqələrin inkişafı və genişləndirilməsinin tərəfdarıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Ulan-Batorda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Monqolustan öz sülhsevər, müstəqil, açıq və çoxvektorlu xarici siyasəti çərçivəsində əbədi qonşusu olan Rusiya Federasiyası ilə əməkdaşlığın inkişafı və genişləndirilməsinin tərəfdarıdır”, – Monqolustan lideri bildirib.