Xəbərlər

Monqolustan və Çin Rusiya ilə üçtərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir

Monqolustan hökumətinin başçısı Luvsannamsrain Oyun-Erdene və Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Qianq Şanxayda keçirilən rəsmi görüşdə ölkələri ilə Rusiya arasında üçtərəfli əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəliblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Monqolustanın Baş nazirinin mətbuat xidməti 7-ci Çin Beynəlxalq İdxal Sərgisinə səfərinin yekunları üzrə məlumat yayıb.

“Şanxayda keçirilən rəsmi görüşdə Luvsannamsrain Oyun-Erdene və Li Qianq Monqolustan, Rusiya və Çin hökumət başçılarının 2024-cü ilin oktyabrında İslamabadda keçirilən görüşünün uğurunu vurğuladılar və üçtərəfli əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəldilər”, – məlumatda bildirilib.