Xəbərlər

Moskva Bakı ilə Tehran arasında münasibətlərin normallaşmasını alqışlayır

“Moskva Bakı ilə Tehran arasında münasibətlərin normallaşmasını alqışlayır”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, ölkələr arasında münasibətlərin yaxşılaşması Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət təsir göstərəcək.

“Təbii ki, biz Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görürük. Bu məntiq, xüsusən də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə işimizdə öz əksini tapıb”, – Zaxarova bildirib.

O qeyd edib ki, Moskva Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbaycan-İran dialoq formatı çərçivəsində, eləcə də “3+3” (Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan) regional platforması vasitəsilə sıx əməkdaşlığı davam etdirməyə sadiqdir.

“Bu ölkələr əmindir ki, regional oyunçular kənar müdaxilə olmadan mövcud çağırış və problemlərin həlli yollarını özləri axtarmalıdırlar”, – Zaxarova əlavə edib.