Xəbərlər

Moskvada güclü külək fəsadlar törədib – Ölənlər var

Moskvada əlverişsiz hava şəraiti səbəbindən iki nəfər ölüb, daha 15 nəfər yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

“Küləyin sürəti 21 m/s-dən çox olub. Biz vaxtında bütün tədbirləri görmüşük. Böyük şəhərlərdə parklar və digər açıq ictimai yerlər dərhal bağlanıb. Təhlükə ilə bağlı şəhərdəki monitorlarda və lövhələrdə bildirişlər yer alıb. Amma təəssüf ki, itkilər olub və 17 nəfər yaralanıb. Onlardan ikisi dünyasını dəyişib”, – deyə şəhər meri bildirib.