Xəbərlər

Musa Qasımlı və Rizvan Nəbiyev “Füyuzat” jurnalının qonağı olub

Milli Məclisin vitse-spikeri, tarixçi alim Musa Qasımlı, Siyasi elmlər doktoru, millət vəkili Rizvan Nabiyev və STM-in əməkdaşı, siyasi şərhçi Kazım Kazımov Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun və “Füyuzat” jurnalının qonağı olub.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov və icraçı direktor müavini Kənan Şəbiyev, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və STM-in sektor müdiri, “FÜYUZAT tv”nin aparıcısı Tural İsmayılov qonaqlarla görüş keçirib.

Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışılıb.

MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyətindən geniş məlumat verilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atacağı addımlarından danışılıb.

Öz növbəsində qonaqlar MİMTA Fonduna, “Füyuzat” jurnalına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür ediblər.