Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) nümayəndə heyəti Bəşər Əsəd rejiminin süqutundan sonra ölkənin yenidən qurulması ilə bağlı danışıqlar aparmaq üçün Suriyaya səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
MÜSİAD-ın qurucu sədri və Beynəlxalq Biznes Forumunun (IBF) prezidenti Erol Yararın rəhbərlik etdiyi nümayəndə heyəti İdlib, Hələb və paytaxt Dəməşqdə suriyalı iş adamları və rəsmilərlə görüşlər keçirib.
Verilən məlumata görə, nümayəndə heyətinin təmasları zamanı ticarət, sənaye və humanitar yardım sahələrində strateji əməkdaşlıq məsələləri müzakirə olunub.