Xəbərlər

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2886 nəfərə çatıb

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2886 nəfərə çatıb, daha 4639 nəfər yaralanıb, 373 nəfər isə itkin düşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin mətbuatı məlumat yayıb.

Xatırladaq ki, Myanmada martın 28-də 7,7 bal gücündə güclü zəlzələ baş verib. Bunun ardınca 6,4 bal gücündə ikinci təkan yaşanıb.

Yeraltı təkanlar 5 ölkədə – Tailand, Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.