Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3085 nəfərə, yaralananların sayı isə 4515 nəfərə çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi Myanma Dövlət İnzibati Şurasının informasiya qrupuna istinadən məlumat yayıb.
Xatırladaq ki, Myanmada martın 28-də 7,7 bal gücündə güclü zəlzələ olub. Bunun ardınca 6,4 bal gücündə ikinci təkan baş verib. Yeraltı təkanlar 5 ölkədə – Tailand, Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.