Xəbərlər

Nadir Azəri MİMTA Fondunun qonağı olub

Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri MİMTA Fondunun qonağı olub.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov Nadir Azəri ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində MİMTA Yayımlarının bp şirkətinin dəstəyi ilə nəşr etdiyi “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun hazırlanmasından və bunun Azərbaycan mətbuatının tədqiqi baxımından əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, görüş zamanı qonağa 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusu hədiyyə olunub.

Sonda Nadir Azəri MİMTA Fonduna, MİMTA Yayımları, eləcə də “Füyuzat” və “İşıq” jurnallarına uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.