Xəbərlər

NATO-da Rusiya-NATO Aktının ləğvi müzakirə edilib

NATO-nun bir sıra nümayəndələri Rusiya-NATO Təsis Aktının rəsmi şəkildə birtərəfli qaydada ləğv edilməsini dəstəklədiklərini bildiriblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra jurnalistlərə bildirib.

Qeyd edək ki, Rusiya-NATO Təsis Aktı 1997-ci ilin mayında imzalanıb. Sənəddə bildirilir ki, tərəflər “Avro-Atlantik regionda əməkdaşlığa əsaslanan demokratiya və təhlükəsizlik prinsipləri əsasında davamlı və hərtərəfli sülhü birgə quracaqlar”.

Aktda həmçinin qeyd edilir ki, Rusiya və NATO “bir-birini düşmən hesab etmir”. Sənəddə vurğulanır ki, “Rusiya və NATO-nun ümumi məqsədi əvvəlki qarşıdurma və rəqabətin qalıqlarını aradan qaldırmaq, qarşılıqlı etimad və əməkdaşlığı gücləndirməkdir”.