Xəbərlər

NATO eksperti: Yaxın Şərqdə münaqişənin gərginləşməsi diqqəti Ukraynadan yayındırmaq üçündür

“İranın İsrailə son zərbələri fonunda Ukraynaya qlobal maraq azala bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Riqada yerləşən NATO Strateji Kommunikasiyalar Mərkəzinin (Stratcom) direktoru Janis Sarts deyib.

Sarts İranın İsrailə qarşı kütləvi zərbəsini də şərh edərək, bu hərəkətlərin Tehranın “özünü xilas etmək” cəhdi olduğunu bildirib. Onun fikrincə, İranın hücumu sürpriz olmayıb.

Qeyd edək ki, aprelin 13-ü axşam saatlarında İran Dəməşqdəki səfirliyinin konsulluğuna hücuma cavab olaraq İsrailə doğru pilotsuz təyyarələr və raketlər atıb.