Xəbərlər

NATO: İsrailin zərbəsindən sonra nüvə müharibəsi riski yoxdur

“NATO İsrailin İrana zərbə endirməsi nəticəsində dünyanın nüvə müharibəsinə yaxınlaşdığına inanmır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

“Artıq bütün NATO ölkələri deeskalasiya üzərində işləyir. Ancaq NATO İsrailin İrana zərbə endirməsi nəticəsində dünyanın nüvə müharibəsinə yaxınlaşdığına inanmır”, – o, İsrailin İrana zərbəsindən sonra dünyanın nüvə müharibəsinə daha yaxın olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.