NATO öz ölkələrinin ərazisində üç böyük hərbi baza yaratmağı və buradan Ukraynaya silah tədarük etməyi planlaşdırır.
“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
O qeyd edib ki, Şimali Atlantika Alyansı NATO missiyasını yaratmaqla Ukraynaya kömək etmək istəyir: “Bu o deməkdir ki, NATO Ukraynaya silah ötürülməsini əlaqələndirəcək, onlar Ukraynaya silah ötürəcəkləri üç böyük baza yaradacaqlar”.
Orban bu bazaların Ukrayna ilə həmsərhəd ölkələrdə, xüsusilə də Polşa, Rumıniya və Slovakiyada yaradılacağı təqdirdə hərbi hədəfə çevriləcəyindən narahatlığını ifadə edib. Baş nazir vurğulayıb ki, yaxınlıqda olan Macarıstan da öz təhlükəsizliyindən narahatdır və bu addımlarda iştirak etməyəcək.