Xəbərlər

NATO-nun baş katibi və Türkiyə prezidenti telefonla danışıb

NATO-nun baş katibi Mark Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı Ukrayna və Rusiya arasında sülh prosesi ilə bağlı son hadisələr müzakirə olunub. İki siyasi xadim Türkiyənin Ukraynadakı sülh prosesində və Qara dənizdə təhlükəsizliyin təmin edilməsində əsas rolunu vurğulayıblar. Ərdoğan və Rutte həmçinin etibarlı və davamlı təhlükəsizlik təminatları ilə bağlı fikir mübadiləsi də aparıblar”, – mətbuat xidmətindən bildirilib.