Xəbərlər

NATO-nun Türkiyə daxil 3 ölkəsi Qara dənizdəki varlığını artıracaq

“Rumuniya, Bolqarıstan və Türkiyə Qara dənizdə minalardan təmizləmə üçün birgə əməliyyat qrupunu genişləndirməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rumıniyanın müdafiə naziri İonut Mosteanu deyib.

Nazirin sözlərinə görə, enerji obyektlərini və ticarət yollarını Rusiyanın mümkün hücumundan qorumaq üçün missiyaya patrul qüvvələrinin əlavə edilməsi planlaşdırılır.

“Gələcək illərdə biz bu layihəni patrul layihəsinə qədər genişləndirməli olacağıq. Biz bunu yaxın gələcəkdə müttəfiqlərimizlə müzakirə edəcəyik. Yaxın illərdə Qara dəniz Rusiya üçün döyüş meydanı olaraq qalacaq. Ona görə də ölkələr öz maraqlarını qoruyaraq müqavimət göstərməlidirlər. Biz Rusiya ilə qarşı-qarşıya gəlməli və öz maraqlarımızı, xüsusilə enerji infrastrukturu, dəniz ticarəti və naviqasiya azadlığını müdafiə etməliyik. Bunlar bizim məqsədlərimizdir, hansı ki, biz onları müdafiə etməliyik”, – Mosteanu bildirib.